​46 qızın bakirəliyini "pozan" falçı HƏR ŞEYİ ETİRAF ETDİ: O qızlarla əslində... - VİDEO

46 qızın zorlanmasında təqsirli bilinən falçı Ramil Talıbov ittihamlarla bağlı “Space Tv-də” yayımlanan “Olar? Olmaz!” verilişinə danışıb.
 
Bakıda falçı 46 qızı bihuş etdi, bakirəliyini pozdu, sonra... - Qurbanlardan DƏHŞƏTLİ ETİRAFLAR (FOTO/VİDEO)
Publika.az xəbər verir ki, falçının izinə düşən teleaparıcı Amil Xəlil onunla görüşüb. Falçı isə haqqındakı iddiaları təkzib edib.
R.Talıbov bildirib ki, ondan şikayət edən qızlarla əslində sevgi münasibətləri olub və heç bir zorlama hadisəsi törətməyib.
O, hər kəsə taksi şoferi olduğunu və falçılıqla məşğul olmadığını desə də “Olar? Olmaz!” verilişində falçı olduğunu etiraf edib:
“Bu böhtandır. Falçı qız zorlamır. Məndən pul tələb etmək üçün məni şərləyib ki, guya onu zorlamışam. Yanındakı qız da onun rəfiqəsidir. Bu faktdır. Mənə ağzına gələnləri yazıb, şərləyib. Üç ay sevgili olmuşuq.
Azərbaycana gəldiyim üç aydır. Bunu 46-ya böləndə neçə qız edir? Bunu düşünən yoxdur? Elə hamı yiyəsizdir? Bunların bir yiyəsi olmadı? Həmin gün nəzarətdə oldum. İşimiz də gedir. Sevgili olmuşuq, xəyanət etmişəm deyə, məni şərləyib. Aramızda yaş fərqi var. Məndən 20 yaş balacadır. Onun imtahanlarına pul verəndə 20 yaş kiçik olduğunu bilmişəm. İmtahanlarına 300 manat pul vermişdim. Düzdür, 600 manat ondan pul almışam. Onu mənə kömək etmək üçün verib.
İnstaqramda tanış olmuşuq. Yazışmalarımız var. Qızın yaxınlarından heç kim mənimlə görüşməyib. Ərizəni geri götürmək üçün məndən 5000 manat pul istəyir”.
Qeyd edək ki, bu axşam 19:50-də falçının növbəti açıqlamaları yayımlanacaq.

Загрузка...
Загрузка...