​44 yaşlı sürücü avtomobil seriyasına görə həbs edildi - FOTO

Avstriyada nasist ədəbiyyatında "Hitler salamı" kimi tanınan 88 rəqəmini istifadə edən avtomobil sahibi 6 aylıq həbs olunub.
Publika.az xəbər verir ki, Zalsburq Əyalət Məhkəməsi sözçüsü Piter Egger məsələ ilə bağlı mətbuata açıqlama verib. Onun sözlərinə görə, həmin şəxs bilərək və düşünülmüş şəkildə Hitleri təbliğ edib.
"Adı açıqlanmayan 44 yaşlı vətəndaşın avtomobilinin seriya nömrəsi nasist ədəbiyyatında "Heil Hitler" (Hitler salamı) kimi oxunan 2 HH hərfi və 88 rəqəmindən ibarətdir. Bundan əlavə, şəxsin mobil telefonunda Adolf Hitlerə aid şəkillərin olması məsələni bir az da qəlizləşdirib. Bu səbəbdən həmin şəxs 6 ay müddətinə azadlıqdan məhrum edilib. Və əgər 3 il ərzində bu hərəkəti təkrarlanarsa, yenidən həbs cəzası gözlənilir".
Avtomobil sahibi isə, bunun sadəcə təsadüf olduğunu deyir:
"88 həyat yoldaşımın ən uğurlu rəqəmidir. 2 HH hərfinin yanaşı gəlməsi tamamilə təsadüfdür. Telefonumda saxladığım karikaturlar isə sadəcə zarafatlaşmaq məqsədi ilə yuklənilib. Heç bir təbliğatdan söhbət gedə bilməz".
Könül Cəfərli

Загрузка...
Загрузка...