​44 yaşlı kişi intihara cəhd etdi

 
Lənkəran şəhərində 44 yaşlı kişi intihara cəhd edib. Teleqraf.com xəbər verir ki, hadisə şəhərin Müzəffər Nəsirli, 43 ünvanında qeydə alınıb.
 
Şəhər sakini, 1972-ci il təvəllüdlü Ramiz Zeynalov şüşə parçası ilə qollarının damarını doğrayıb. Onu qan içində ailə üzvləri aşkarlayıb və xəstəxanaya çatdırıblar.
 
Vaxtında tibbi yardım göstərildiyi üçün Ramiz Zeynalovun həyatını xilas etmək mümkün olub. Hazırda həkim nəzarəti altında olan Ramiz Zeynalovun vəziyyətinin ağır olduğu bildirilir.
 
Onun hansı səbəbdən intihar etdiyi Lənkəran prokurorluğu tərəfindən araşdırılır.

Загрузка...
Загрузка...