4 rayonun icra başçısı dəyişdirilir - Ölkədə şok gəlişmə

 
 
Hələ ötən ilin sonlarından etibarın hakimiyyət dairələrinin təkcə mərkəzdə deyil, əyalətlərdə də bəzi kadr dəyişiklikləri edəcəyinə dair məlumatlar yayılmışdı. Həmin məlumatlarda vurğulanırdı ki, bu dəyişikliklər əsasən icra başçılarını əhatə edəcək
 
Daxil olan məlumatlardan aydın olur ki, artıq 4 rayonun rəhbərinin görəvdən alınacağı şəkkizdir. Bu sırada ilk yeri tutanlardan biri Lerikin icra başçısı Rövşən Bağırovdur. Qeyd edək ki, dünən Bağırovun hətta görəvdən alındığını iddia edən məlumat da KİV-lərdə yayıldı.
 
İkinci sırada Masallının icra başçısı Rafil Hüseynov dayanır ki, onun fəaliyyətindən bilavasitə prezidentin narazı qaldığı deyilir. Məlumatlarda vurğulanır ki, icra başçısının indiyə qədər rayonda heç bir iş görməməsi, habelə haqqında çoxlu sayda şikayətin olması işdən çıxarılması üçün zəmin yaradıb.
 
Üçüncü icra başçısı isə Astaranın rəhbəri Qəzənfər Ağayevdir. Ağayevin ən böyük səhvi fəaliyyətsizliyi və bir sıra dövlət tədbirlərini yaddan çıxarmasıdır.
 
Mənbə iddia edir ki, işdən çıxarılacaq icra başçılarından daha biri isə Kürdəmirin rəhbəri Ceyhun Cəfərov olacağı gözlənilir. Onun hətə ötən ilin sonlarında vəzifəsini itirəcəyi gözlənilsə də, rəsmi dairələr yeni ili gözləməyi məsləhət biliblər. Cəfərovun işdən çıxarıla biləcəyinin səbəbi kimi isə onun sabiq MTN şefi ilə mübhəm əlaqələrinin olmasıdır. Qeyd edək ki, Cəfərov MTN işi-nə görə həbs olunmuş Vidadi Zeynalovun qohumudur.