30 yaş “cavanlaşan” Flora Kərimova ilk dəfə eynəksiz – FOTOLAR

Baxış sayı: 
164
0  
0  

 
 
Xalq artisti Flora Kərimova ilə Lalə Məmədovanın konsertində rastlaşdıq. Tədbirə eynəksiz qatılan müğənni fotokameramıza poz verib.
 
Minval.İnfo xəbər verir ki, illərə meydan oxuyan sənətkar Yenicag.az-a açıqlama verərək bu günlərdə yayılan fotolarından da danışıb:
 
“Anar məni elə bəzədi, elə bəzədi ki, heç kim tanımadı. Yazdılar ki, cavanlaşmışam, gözəlləşmişəm. Vallah, məni sevən o gözəl gözlər məni elə görür, haram gözəldir ki? Yaxından baxın, gözəl-zad deyiləm.”
 
Bu yaşında da cazibəsini qoruyub saxlayan sənətkar gözdən, bədnəzərdən qorxurmu?
 
76 yaşlı xalq artisti sualımızı belə cavablandırdı:
 
“Heç vaxt bədnəzərə inanmadım. Kim ki buna inanır, demək, psixoloji cəhətdən zəif insandır”.

Загрузка...
Загрузка...