30 ildir yanılmayan professor: "Tramp prezident seçiləcək"

 
ABŞ-da keçirilən prezident seçkilərində Respublikaçılar partiyasından olan namizəd Donald Tramp qələbə qazanacaq.
 
Turaninfo.az  bildirir ki, bu barədə 1984-cü ildən bəri prezident seçkilərinin nəticələri ilə bağlı qabaqcadan dəqiq proqnozlar verən Vaşinqtondakı Amerika universitetinin professoru Alan Lixtman deyib.
"The Washington Post"un yazdığına görə, Lixtman qeyd edib ki, Donald Trampın qeyri-ciddi ifadələri və qadınların onun tərəfindən cinsi istismara məruz qalmaları ilə bağlı söylənən ittihamlar seçkinin nəticələrinə dair proqnozlara təsir etmir.
30 ildir yanılmayan professor: "Tramp prezident seçiləcək"Tədqiqatçının sözlərinə görə, Respublikaçılar partiyasından olan namizədin xeyrinə qələbə üçün lazım olan 13 amildən 6-sı var.
Eyni zamanda, Lixtman etiraf edir ki, bu amillərin nisbəti Trampın xeyrinə dəyişməyə də bilər. Çünki indiyə qədər "üçüncü" - Libertarian patiyasından olan namizəd Hari Consonun 5%-dən çox səs yığıb-yığmayacağı da dəqiq məlum deyil. Libertarianlar 5%-lik həddi keçə bilməsələr, Hillari Klintonun şansı yüksələ bilər.
Qeyd edək ki, 2016-cı ilin sentyabrında Lixtman ABŞ-da prezident seçkilərində Trampın qələbə qazanacağını qabaqcadan xəbər vermişdi.