30 gün iclasa gəlməyən deputatın mandatı geri alınacaq

Rusiya prezidenti Vladimir Putin parlament iclaslarından üzrsüz yayınan deputatların mandatının alınması ilə bağlı qanun imzalayıb.
Novator.az xəbər verir ki, “Federasiya Şurası üzvünün və Dövlət Duması deputatının statusu” qanununda yeniliyə görə, 30 təqvim günü və ondan artıq müddətə öz vəzifəsini yerinə yetirməyən deputatın mandatı əlindən alınacaq.
Deputatın istefası təşəbbüsünü üzvü olduğu fraksiya və ya komitə irəli sürə bilər. Mandatın vaxtından əvvəl alınması üçün əsasları Dumanın etika komissiyası müəyyən edir.