3 yaşlı oğlunun gözləri qarşısında öldürüldü - DƏHŞƏTLİ SƏBƏB

Rusiyanın Yekaterinburq şəhərində dəhşətli qətl hadisəsi baş verib.
Publika.az “Vedomosti Ural” nəşrinə istinadən xəbər verir ki, 29 yaşlı dayə işlədiyi evin sahibəsini bıçaqla deşik-deşik edib.
Dəhşətli məqam isə ondan ibarətdir ki, qətl qurbanın üçyaşlı oğlunun gözləri qarşısında törədilib.
Nəşrin yazdığına görə, hadisə noyabrın 13-də baş verib. Əvvəlcə hər şey yaxşı gedirdi. Amma hansısa bir vaxtdan sonra dayə ev sahibəsinin ailə və uşaq sahibi olmasına qısqanmağa başlayıb. İlkin versiyaya görə, məhz qadının ailəsinə olan qısqanclığı dayəni cinayəti törətməyə məcbur edib.
Axşam ailə başçısı evə qayıdanda dəhşətli mənzərənin şahidi olub. Onun arvadı qanlar içində ölü uzanırdı, yanında isə şok vəziyyətinə yaxın oğlu oturmuşdu. Dayə isə “bunu mən etdim” deyərək uşağa təsəlli verirdi.
İstintaq qadının bədənində 15 bıçaq zərbəsini aşkarlayıb. Fakt üzrə cinayət işi qaldırılıb. Məhkəmə şübhəli barəsində iki aylı həbs qəti-imkan tədbiri seçib. Məhkəmə-psixiatrik ekspertizası psixi vəziyyətinin normal olduğu barədə qərar versə, onu 15 ilədək həbs cəzası gözləyir.
Ömər

Загрузка...
Загрузка...