3 uşaq havasızlıqdan öldü - TÜRKİYƏDƏ DƏHŞƏT - FOTOLAR

Türkiyənin Şanlıurfa adlanan bölgəsində dəhşətli hadisə baş verib.
Publika.az xəbər veri ki, pambıq tarlasında oynayan 3 uşaq dincəlmək üçün pambıq topalarının içərisinə girib. Orada yuxuya gedən uşaqların cansız bədəni ailələri tərəfindən aşkarlanıb.
İlkin ehtimallara görə,14 yaşlı Harun Tekdağ, qardaşı 12 yaşlı Əli və əmisi oğlu 14 yaşlı Hüseyn Tekdağın havasızlıqan yatdıqları yerdə öldükləri deyilib.
Hadisənin cinayət olub-olmamasını dəqiqləşdirmək üçün uşaqların cəsədləri tibbi ekspertizaya göndərilib. Faktla bağlı araşdırma başladılıb.
Könül Cəfərli

Загрузка...
Загрузка...