3 min pul oğurlayan narkomanlar saxlanıldı – Video

 
Masallıda silsilə oğurluqlar törətməkdə təqsirləndirilən şəxslər zərərsizləşdirilib.
 
ARB TV xəbər verir ki, rayon sakini Kamran Hüseynov Musaküçə kənd sakini Əlvan Heydərovun evindən 3 200 rubl və 220 manat, Türkoba kənd sakini Vüqar Hacıyevin evindən 1 850 manat oğurlayıb.
 
Daha sonra tanışı Fariq İbrahimovla birgə Mollaoba kənd sakini Seyfəl Baxşəliyevin evindən 350 dollar, 150 manat pul və qızıl-zinət əşyaları aparıblar. Hər iki şəxs saxlanılıb, araşdırmalarla onların digər cinayət əməlləri də üzə çıxıb. Kamran Hüseynov üzərindən 2 940 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
 
Faktla bağlı cinayət işi açılıb.