3 ABŞ təyyarəsi Rusiyaya yaxınlaşdı, toqquşma riski yarandı

Bu gün sentyabrın 8-də səhər saatlarında 3 Amerika kəşfiyyat təyyarəsi Rusiyanın cənub sərhədlərinə doğru istiqamət alıb.
 
Bu haqda “İnterfaks” hərbi aviasiyasının hərəkətini izləyən qərb saytlarına istinadən xəbər verir.
 
Məlumata əsasən ABŞ Hərbi Hava Qüvvələrinin RS-135 strateji kəşfiyyatçısı Yunanıstanın Sudabey aviabazasından qalxıb. O, havada yanacaq götürməklə Qara dəniz akvatoriyasında, Krımdan qərbdə uzunmddətli hava reydi keçirir.
 
Daha iki P-8A “Poseidon” patrul təyyarəsi isə İtaliyanın Siciliya adasındakı Siqonella aviabazasından qalxaraq Rusiya sərhədlərinə yaxınlaşıb. Bu təyyarələr kəşfiyyat, habelə sualtı qayıqların axtarışı və məhvi üzrə ixtisaslaşıb. Virtualaz.org xəbər verir ki, təyyarələrdən biri Rusiyanın Qara dəniz donanmasının Sevastaoldakı bazasına 70 kilometr yaxınlaşıb.
 
Bu arada Reuters Pentaqondakı mənbələər istinadən sentyabrın 7-də xəbər verib ki, Rusiya Hava-Kosmik Qüvvələrinin qırıcısı Qara dəniz üzərində ABŞ kəşfiyyatçı təyyarəsi ilə az qala tarana gedib. Pentaqon insidentin hansı tarixdə baş verdiyini açıqlamayıb, ancaq bildirib ki, Birləşmiş Ştatların kəşfiyyat təyyarələri Rusiya ordusunun Cənub dairəsinin keçirdiyi təlimləri izləmək üçün havaya qaldırılmışdı.
 
Amerika təyyarəsinin Rusiya sərhədlərinə yaxınlaşması barədə siqnal daxil olanda iki Su-27 havaya qaldırılıb. Onlar ABŞ təyyarəsini havada 19 dəqiqə qovublar. Su-27 qırıcılarından biri P-8A “Poseidon” təyyarəsinə əvvəl 9 metr, daha sonra isə 3 metrə qədər yaxınlaşıb. “Bu, təhlükəli və qeyri-peşəkar hərəkət idi”-Pentaqon bildirib.
 
Rusiya Müdafiə Nazirliyi insidenti təsdiq edərək bildirib ki, qırıcılar Amerika kəşfiyyatçısını “bütün beynəlxalq normalara uyğun” şəkildə ölkənin hava sərhədlərindən uzaqlaşdırıb. (Virtualaz.org)