​28 bank dollar satışını dayandırdı, cəmi 4 bank dollar satır - Siyahı

 
 Dekabr ayının 7-nə ölkədə dollar satışını həyata keçirməyən bankların sayı 28-a çatıb
 
Bu gün səhər daha 1 bank - “Xalq Bank” dollar satışını bərpa edib. Bu bankın filiallarından kiçik limitlə valyuta almaq mümkündür. "Bank Silk Vey" valyuta satışını dayandırıb. Bankın ancaq hava limanındakı filialından uçuş biletini təqdim etməklə valyuta almaq mümkündür.
 
Bu gün Azərbaycan bankları arasında valyutanı ancaq 4 bank satır. Ancaq alış bütün banklarda həyata keçirilir.
 
Dolları ən yüksək qiymətlə alan bank “Turanbank” və “AGBank”dır. Bu banklar Amerika valyutasını 1.8050 manata alır.
 
Dolları ən aşağı qiymətə alan bank isə "Yapı Kredi Bank"dır. Bu bankda dolların alış qiyməti 1. 6673 manatdır.
 
ABŞ dollarının ən aşağı satış qiyməti isə “Expressbank”dadır -1.8060 manat.

Загрузка...
Загрузка...