26 evdən kombi oğurlayanlar tutuldu (FOTO)

Baxış sayı: 
94

Abşeron rayon polis şöbəsinin əməliyyatçıları 26 evdən istilik sistemlərini oğurlamaqda şübhəli bilinən şəxsləri yaxalayıb.
Abşeron Rayon Polis İdarəsinin cinayət axtarış şöbəsinin  əməliyyatçıları  rayon ərazisində mənzillərdən kombi oğurlayan şəxsləri saxlayıb. Saxlanılan şəxslər bəzi zərərçəkmişlərin evindən kombi aparatları ilə yanaşı xalça və digər ev əşyaları da oğurlayıblar. Rayon sakinlərinin kombi aparatlarına qənim kəsilən Əlizaman İbrahimovla Musa Bayramovun izinə düşmək çətin olsa da, Abşeron RPİ-nin əməliyyatçıları bunu edə biliblər. Cütlük növbəti evdən oğurladığı kombi aparatını satmaq istəyərəkən saxlanılıb.
Təqsirli bilinən hər iki şəxs  eyni əmələ görə əvəllər də məhkumluq həyatı yaşayıblar. Faktla əlaqədar başlanan cinayət işi üzrə araşdırmalar davam edir.

Загрузка...
Загрузка...