​25 yaşlı futbolçumuz dünyasını dəyişdi

 
 
Azərbaycan Premyer Liqasında iştirak etmiş futbolçu Şəhriyar Xəlilov dünyasını dəyişib.
 
Report xəbər verir ki, bu barədə "Kəpəz" klubunun mətbuat katibi Azad Mustafayev məlumat verib.
 
Gəncə futbol məktəbinin yetirməsi olan yarımmüdafiəçi 25 yaşında ikən ürək tutmasından vəfat edib.
 
Şəhriyar Xəlilov vaxtilə "Qarabağ", "Qəbələ", "Xəzər Lənkəran" və "Bakı"da oynayıb. O, bir müddətdir klubsuz idi.

Загрузка...
Загрузка...