23 yaşlı qadın zəhərləndi

 
Kürdəmir rayonunda dərmandan zəhərlənmə faktı baş verib.
 
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə gecə saatlarında baş verib. Rayonun Pirli kənd  sakini 1993-cü il təvəllüdlü Xanım Mərfət qızı Mirzəliyeva kimyəvi zəhərlənmə diaqnozu ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, X.Mirzəliyevaya tibbi yardım göstərilib, vəziyyəti normaldır.