23 sentyabrda qiyamət qopacaq - Şok iddia

 
Planet və ulduzların hərəkətlərini incələyən mütəxəssislər İncildə yer alan bir kəhanətə istinad edərək, 23 sentyabr 2017-ci ildə qiyamət qopacağını iddia edib.
 
Musavat.com xəbər verir ki, son bir neçə ildir qiyaməti heç cür qopara bilməyənlər bu dəfə də 23 sentyabr 2017-ci il tarixinə işarə verib. Müqəddəs kitablarda yazılır ki, qiyamət gününü ancaq günahkar insanlar görə biləcək.
 
Vəhy 12 işarəti olaraq bilinən yeni bir nəzəriyyə isə qiyamətin günəşlə geyinmiş bir qadının ayaqları altında ay, başında da 12 ulduzlu tacın görünməsi ilə bərabər qopacağını iddia edir. Nəzəriyyələrdə şir və qız bürclərini astronomik sürətinin planetlərlə bərabər yaratdığı pozisiyanın bu kəhanəti ortaya çıxardığını deyir. Bu ilginc nəzəriyyəni müdafiə edənlər kəhanətdə haqqında danışılan qadının qız bürcünü, ulduzlu tacı da şir bürcünün təmsil etdiyini bildirirlər.
 
23 sentyabr 2017-ci ildə ay qız bürcünün ayaqları altında yer alacaq və Günəş ulduzu boyunca keçidini edəcək. Bu nəzəriyyəni müdafiə edən və yayan internet saytları hesab edir ki, sözügedən hadisə 7 il davam edəcək böyük sıxıntıların da içində olacağı iki mərhələli bir zaman dilimində baş verəcək.
 
Bu müddət ərzində insan oğlunun böyük təbii fəlakətlər yaşayacağı da fəlakət xəbərçilərinin dedikləri sırasındadır.
 
Ümumi xətləri etibarilə İncildə yer alan nəzəriyyə əslində ümumən Xristian aləmi tərəfindən rədd edilir. Xristianlar qiyamətin əlaməti olaraq İncildə yer alan 2 fikri mənimsəyirlər.
 
1 Selaniklilər 4:16-17’yə görə, cənnət tanrının həyatda olanları buludlara alınıb, götürüləcək günlərə qədər açıq qalacaq.
 
2 Petrus 3:10-da isə yazılır ki, “Amma Rəbbimin günü oğru kimi gələcək. O gün göylər böyük bir gurultu ilə ortadan qalxacaq, maddi nəsnələrin hamısı yanıb kül olacaq, yer və yer üzündə qurulmuş hər şey yanıb tükənəcək”.
 
Amma qiyamətə inanmaq Vəhy 12 İşarətinə inanmağı vacib bilmir. Bu nəzəriyyə amerikalı YouTube kanalı sahibi Villiam Tapley tərəfindən 2011-ci ildə yüklənən və sürətlənmədən bəhs edən ‘Stellarium’ adlı bir video ilə ortaya atılıb.

Загрузка...
Загрузка...