​23 min nəfər qanunsuz olaraq Azərbaycan ərazisinə soxulub? - 2017-ci ildə

Baxış sayı: 
138

 
 
2017-ci ilin 10 ayı ərzində 23 min nəfər qeyri-qanuni olaraq Azərbaycanın dövlət sərhədini keçərək ölkə ərazisinə daxil olub. 
 
Moderator.az xəbər verir ki, erməni KİV-də yayılan son məlumatlardan belə nəticəyə gəlmək olar. Özünü işğal altındakı Azərbaycan torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin “mədəniyyət,  turizm və gənclərlər iş üzrə nazirliyinin turizm idarəsinin  rəisi” kimi təqdim edən Artak Qriqoryan iddia edib ki, bu ilin yanvar-oktyabr ayları ərzində  işğal altındakı Azərbaycan torpaqlarına 23 min nəfər turist qismində gəlib. Bu, 2016-cı ilin eyni dövrü ilə müqayisədə 41 faiz çoxdur.  Məntiqlə belə çıxır ki, 23 min dəfə Azərbaycanın dövlət sərhədi pozulub, yəni eyni sayda insan qanunsuz şəkildə ərazilərimizə soxulub.
 
P.S. Sözsüz ki, Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə böyük xələl gətirən bu acı gerçəkliyin qarşısını Dövlət Sərhəd Xidməti almaq iqtidarında deyil. Heç Xarici İşlər Nazirliyi 23 min bəyanat versə, həmin 23 min nəfərin kimliyini müəyyən edib hamısını “qara siyahı”ya salsa da, faydası olmayacaq. Bunu 25 ilin  təcrübəsi də sübut edir. Bu aşağılanmanın qarşısını alacaq yeganə güc müstəqil(!) dövlətin bütün potensialı ilə səfərbər edəcəyi xalqın arxasında qətiyyətlə duracağı müzəffər Azərbaycan ordusu ola bilər...
 
Sultan Laçın  

Загрузка...
Загрузка...