21 yaşlı gənc mühacir statusu almaq üçün 71 yaşlı isveçrəli qadınla evlənmək istədi

İsveçrə məhkəməsi 71 yaşındakı isveçrəli qadınla 21 yaşlı tunisli gəncin evlənmə müraciətinə rədd cavabı verib.
Türkiyənin “Hürriyyet” qəzeti İsveçrə mətbuatına istinadən xəbər verir ki, aralarında 50 yaş fərq olan “cütlüy”ün müraciəti Vaud kantonu məhkəməsinin şübhəsinə səbəb olub. Məhkəmə onların arasında sevgi münasibəti olduğuna inanmayaraq, araşdırma aparıb. Araşdırma nəticəsində gəncin 71 yaşlı qadınla sırf İsveçrədə yaşaya bilmək üçün evlənmək istədiyinə qərar verib və evlilik müraciətinə razılıq verməyib.
Xəbərdə qeyd olunub ki, internet üzərindən tanışlıqdan sonra 71 yaşlı qadının Tunusa getdiyi və cütlüyün bu ölkələdki İsveçrə səfirliyinə nikah üçün müraciət etdiyi üzə çıxıb.