​2018-ci ildə gözlənilirdi, amma… - ABŞ dərhal hərəkətə keçdi

Baxış sayı: 
199

Amerika Birləşmiş Ştatları “Yeni Suriya Ordusu”("Ceyş əl Suriya əl Cədid") adı verilən yeni təşkilat qurub.
Publika.az xəbər verir ki, təşkilat üçün artıq Haseki və Deyr əz-Zor şəhərlərində 3 düşərgə salınıb.
Kandil şəhərindən idarə ediləcək yeni bir terror qruplaşmasını ərsəyə gətirmək istəyən ABŞ içində həm PKK, həm də İŞİD-çilərin olduğu terrorçuların təliminə də başlayıb. Təşkilatın komandirliyi Muhaned Talaaya tapşırılıb. İlk mərhələdə 2500 döyüşçü PKK-dan qatılıb. Bundan sonra ABŞ-ın quru və əhava yollarından göndərdiyi bütün silah və sursatlar yeni təşkilata veriləcək.
Yeni təşkilatın geyim, idarə heyəti və atributları Bred Makqark tərəfindən təyin edilib.
Yeni təşkilat barədə ilkin məlumatları Rusiya ortaya çıaxrıb. Müdafiə Nazirliyinin mövzu ilə açıqlamasında qeyd olunur: “ABŞ-ın İŞİD-i yox etmək mövzusunda qərarlı olmasına rəğmən, koalisiya Suriyada qalan terrorçularla əməkdaşlıq etməyə davam edir. Amerikalı xüsusi əməliyyat qüvvələrindən olan təlimçilərin idarəçiliyində müxtəlif terror təşkilatlarından olan terrorçular təlim keçir və “Yeni Suriya Ordusu” adı altında birləşir”.
ABŞ İŞİD terror təşkilatının hücumlarının qarşısını almaq məqsədilə 2014-cü ildən Suriyaya yerləşməyə başlayıb. Bu zaman ərzində 4 terror qruplaşması qurulub. Son olaraq 2015-ci ildə Demokratik Suriya Qüvvələrini yaradılıb. PKK ilə əməkdaşlıq məqsədilə qurulan 4 təşkilatın adları fərqli olsa da, idarə heyəti hər zaman eyni qalıb.
Zümrüd

Загрузка...
Загрузка...