2017-ci ildə övlad sevinci yaşayan məşhurlar - FOTOLAR

Baxış sayı: 
160

2017-ci ildə dünyanın bir çox məşhur simaları övlad sevinci yaşayıb.
Publika.az xəbər verir ki, məşhurlardan bəziləri ilk övladlarını qucağına alsa da, bəziləri 3-4, hətta 9-cu dəfə valideyn olub.
Amerikalı 56 yaşlı aktyor Corc Kluni və həyat yoldaşı 39 yaşlı Amal Alamuddin bu il valideyn olan məşhurlar karvanına başçılıq edir. Məşhur cütlüyün aprel ayında əkiz körpələri dünyaya gəlib. Kluninin meneceri mediaya xoş xəbərlə bağlı açıqlama verərkən zarafatla “Körpələr və anası sağlam və xoşbəxtdir. Hər şey qaydasındadır. Corca isə sakitləşdirici verdik, bir neçə günə özünə gələcək” ifadələrini işlədib.
 
 
Dünyanın ən böyük sosial media qurumu olan “Feysbuk”un yaradıcısı Mark Zukerberq isə avqust ayında ikinci dəfə ata olub. O, şəxsi hesabından həyat yoldaşı Prisilla Çan ilə birgə fotosunu paylaşıb və körpəsinə Avqust adını qoyduğunu yazıb. Cütlük ilk dəfə 2015-ci ildə valideyn olub.
 
 
Bu il Hollivudun məşhur aktyoru Bredli Koper və “Viktoriya Sekret”in rusiyalı gözəli İrina Şeyk ilk dəfə valideynlik hissini dadıblar. Cütlüyün 21 martda qız övladı dünyaya gəlib. Koper 42, İrina isə 31 yaşında valideyn olub.
 
 
Bu il qucağına daha bir körpəsini alan məşhurlardan bir digəri isə “Cəhənnəm silahı”, “Mad Maks”, “Cəsur ürək” filmləri ilə ürəkləri fəth edən Mel Gibson olub. 61 yaşlı ulduz 9-cu dəfə ata olub. Onun oğlan övladı 26 yaşlı yazıçı sevgilisi Rozalinda Rossdan dünyaya gəlib.
 
 
İngiltərəli model Rozi Hantinqton ilə aktyor həyat yoldaşı Ceyson Stetham da bu il ilk övladlarının sevincini yaşayan məşhurlardan olub.
 
 
23 dəfə “Qrand Slam” mükafatı qazanaraq tennisdə adını zirvəyə yazdıran amerikalı idmançı Serena Vilyams bu il qız övladını dünyaya gətirib.
 
 
Amerikalı müğənni Canet Cekson 50 yaşında ana olub. Ancaq o, doğumdan 1 ay sonra həyat yoldaşından ayrılıb.
 
 
“Ceyms Bond” serialının “Spektr” bölümü ilə məşhurlaşan Lea Seydouks da ilk dəfə bu il ana olub.
 
 
İlin super ata ünvanı isə “Real”ın ulduzu Kriştiano Ronaldoya nəsib olub. Ulduz futbolçu bu il 3 dəfə ata olub. Aprel ayında daşıyıcı ana üsulu ilə əkiz övladlarına qovuşan ulduz, noyabr ayında daha bir övladını qucağına alıb. Onun daha öncə Kriştiano Cunior Ronaldo adlı bir oğlu da dünyaya gəlmişdi.
 
 
İlin ən gözlənilməz xəbəri isə müğənni Enrike İqlesiasdan gəlib. Müğənninin 16 ildir sevgili olduğu tennisçi Anna Kurnikovadan əkiz övladları dünyaya gəlib.
 
 
Zümrüd

Загрузка...
Загрузка...