​20 Yanvar günü dərs və iş olacaqmı? - Açıqlama

 
Ümumxalq Hüzn Günü olduğuna görə 20 Yanvar günü məktəblilər dərsə getməyəcək.
 
Bu sözləri Axar.az-a Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov söyləyib.
 
"Hər il olduğu kimi, bu il də hüzn günü ilə bağlı olaraq 20 Yanvar günü məktəblərdə dərs keçirilməyəcək" - C.Valehov bildirib.
 
Bildirək ki, şənbə günü ölkədəki təhsil müəssisələrinin əksəriyyətində dərs olmur. Bu qərar yalnız şənbə günü dərs olan təhsil müəssisələrinə aiddir.
 
Xatırladaq ki, Nazirlər Kabinetinin 2017-ci il 6 dekabr tarixli, 540 nömrəli qərarına əsasən, 2018-ci ildə 1, 2 yanvar - Yeni il bayramı, 20 Yanvar - Ümumxalq Hüzn Günü də daxil olmaqla, 8 Mart– Qadınlar günü, 20, 21, 22, 23, 24 mart – Novruz bayramı, 9 May - Faşizm üzərində Qələbə günü, 28 May - Respublika günü, 15 İyun - Azərbaycan xalqının Milli Qurtuluş günü, 15, 16 iyun - Ramazan bayramı, 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü, 22, 23 avqust - Qurban bayramı, 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı günü və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü iş günü hesab edilmir.

Загрузка...
Загрузка...