2 nazirlik və 1 ASC ləğv edilir - Super nazirlik yaradılır

 
Azərbaycanda struktur islahatları çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ləğvi nəzərdə tutulur
 
Bu barədə istiqlal.az-a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub.
 
Mənbənin məlumatına görə, ləğv ediləcək nazirliklərin və ASC-nin bazasında Kənd Təsərrüfatı və Ekologiya Nazirliyinin yaradılması layihəsi var: Aqrar sektorun priortitet elan edilməsi və eyni zamanda büdcə xərclərinin optimallaşdırılması iki nazirliyin birləşdirilməsini zəruri edir. Yeni nazirlik daha operativ və çevik idarəetmə standartları əsasında qurulacaq".
 
Mənbənin məlumatına görə, başqa nazirlik və dövlət komitələrinin ləğvi və yenidən təşkili barədə təkliflər dəyərləndirilir. Güman ki, qərarlar ilin sonuna qədər elan ediləcək.
 
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC 2016-cı ilə qədər Kənd Təsərrüfatı Nazirliyinin tabeçiliyində olub.
 
Son 1 ildə 3 dövlət komitəsi ləğv edilib: Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Satınalmalar üzrə Dövlət Agentliyi və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi. Dövlət Sosial Müdafiə Fondu isə Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin tabeçiliyinə verilib.

Загрузка...
Загрузка...