​19 yaşlı Əli mobil telefona görə çayda boğuldu - Mərcə girmişdi / VİDEO

 
19 yaşlı gənc dostlarıyla mərc çəkişərək dağ çayını üzüb keçməyə çalışarkən həlak olub.
 
Turaninfo.org xarici mediaya istinadla yazır ki, faciəli olay Pakistanda baş verib. 19 yaşlı Əli dostlarının mobil telefon və 15 min rupiy (təxm. 234 dollar) pul vədinə görə coşğun dağ çayını üzüb keçmək qərarına gəlib. Əlinin suya atılma anını kameraya çəkən dostları artıq bir neçə saniyə sonra anlayıblar ki, o, çayı üzüb keçə bilməyəcək. Əlini xilas etmək üçün çaya atlanmağa isə 5 dostdan heç biri özündə cəsarət tapmayıb. Bu minvalla gənc çay sularında qərq olub.
 
Bütün axtarışlara rəğmən Əlinin cəsədi hələ də tapılmayıb. Onun “sadiq” dostları isə polis tərəfindən həbs olunaraq barələrində cinayət işi qaldırılıb.
 
Sultan Laçın

Загрузка...
Загрузка...