"1700 hektar torpağı özümüz dövlətə qaytardıq" - Şeyx

 
Qafqaz Müsəlmanları İdarəsiŞabranda (Dəvəçi-red.) 1700 hektar ərazinin qurumdan alınmasına aydınlıq gətirib
 
Politika.Az xəbər verir ki, bu gün Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsivə Mətbuat Şurasının jurnalistlər üçün təşkil etdiyi iki həftəlik "Milli-mənəvi dəyərlər və KİV" mövzusunda treninqlərin başa çatması ilə əlaqədar keçirilən tədbirdə QMİ sədri Allahşükür Paşazadə həmin torpağın QMİ tərəfindən dövlətə qaytarıldığını söyləyib.
 
O bildirib ki, Özbəkistandan qovulan zaman ahıska türkləri Azərbaycana gəliblər: "Onlar məni tanıyırdılar və mənə inanırdılar. O zaman mən Heydər Əliyevə müraciət etdim və o torpaq ayrıldı. O torpaqlarda Özbəkistandan gələnlər yerləşdirildi. Artıq o insanların problemləri həll olunub. Bu gün o torpağa mənim ehtiyacım yoxdur. Ona görə də biz özümüz o torpaqları dövlətə verdik".

Загрузка...
Загрузка...