170 erməni qızı cəbhəyə gəlir - Əsgər çatmır

Ermənistan hökuməti Dağlıq Qarabağda tezliklə münaqişənin alovlanacağı ehtimalına görə cəbhəyə göndərmək üçün qadınları səfərbər edir.
 Turaninfo.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın “Tageszeitung” qəzeti yazıb.
 Qəzet yazır ki, ötən həftə İrəvanda 170 qadın hərbi hazırlıq kurslarına başlayıb.
 Kursun məşqçisi 50 yaşlı Vova Vardanov deyir ki, könüllü qadınlar orduda xidmət edəcək: “Çünki ölkənin əhalisində ciddi ixtisarlar var və xidmət üçün əsgər çatışmır. Bizə canlı qüvvə daha çox lazımdır. Çünki ordunun silahları əsasən Sovet dövründən qalmadır”.
 “Tageszeitung” qeyd edir ki, Ermənistanda əhali ciddi şəkildə azalıb.
 “Cavanlar əsasən ölkəni tərk edirlər. Ölkədə qalanlar isə orduda xidmət etməmək üçün müxtəlif bəhanələrdən istifadə edir”, - Vardanov bildirib.