17 ilin naziri vəzifədən ÇIXARILDI? - RƏSMİ

Ekologiya və təbii sərvətlər naziri vəzifəsini icra edən Hüseyn Bağırovun işdən azad edilməsi barədə məlumat yayılıb. Yayılan məlumata görə, H.Bağırov artıq nazirlikdə təhvil-təslim işlərini həyata keçirir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Publika.az-a açıqlamasında bildirib ki, yayılan xəbər əsassızdır:
“Hüseyn Bağırov hazırda ekologiya və təbii sərvətlər naziri vəzifəsini icra edir”.
Qeyd edək ki, Bağırov Hüseynqulu Seyid oğlu sözügedən posta 2001-ci ildə təyin olunmuşdu.
Gülxar

Загрузка...
Загрузка...