“17 bankdan hər birinin bağlanmaq riski var” - Özəl

 
 
Əkrəm Həsənov: “Onlardan hər hansı biri bu məsələdə istisna təşkil etmir”
 
Azərbaycanda banklara olan inam və etimadın günbəgün azaldığı heç kəsə sirr deyil. Bir müddət bundan öncə 4 bankın fəaliyyətini dayandırması, vətəndaşlara qaytarılması gərəkən əmanətlərin geri verilməsində yaranan problemlər vətəndaşların banka etimad göstərməməkdə haqlı olduğunu ortaya qoyur.
 
Maraqlıdır, cari ilin sonuna kimi hansısa bankın bağlanması ehtimalı varmı? Hansı bankların bağlanma riski daha çoxdur?
 
Politika.Az-a açıqlama verən bank üzrə ekspert Əkrəm Həsənov hesabatını daim gizlədən banklardan hər hansı birinin istənilən an bağlana biləcəyini vurğuladı:
 
“Hesabatını daim gizlədən 17 bankdan hər hansı biri cari ilin sonuna kimi bağlana bilər. Yəni bu banklardan hər birinin bağlanma riski mövcuddur. 17 bankdan hər hansı biri bu məsələdə istisna təşkil etmir”.