16 oktyabrla bağlı 11 önəmli HADİSƏ - FOTOLAR

Publika.az tarixdə bu gün baş verən 11 ən maraqlı hadisəni təqdim edir:
1. 456-cı ilin bu günü Hərbi Magistr Ricimer Qərbi Roma İmperatoru Avitusu "Piacenza" düzənliyində məğlub edərək Qərbi Roma İmperatorluğuna sahib olub. O, ömrünün sonuna qədər Qərbi Romaya rəhbərlik edib.
 
 
2. 1793-cü ilin 16 oktyabrında Fransa kraliçası Mariya Antuanetta Fransa İnqilabında vətən xaini elan edilib. Həkim Gilyotinin hazırladığı dəhşətli "Gilyotin" edam üsulu ilə (məhkumun başının üst tərəfindən kəsmək ) öldürülüb.
 
 
3. 1964-cü ilin bu günü ilk atom bombasını partladan Çin dünyada nüvə gücünə sahib olan 4-cü dövlət olub.
 
 
4. 1978-ci il 16 oktyabr tarixində polşalı Kardinal Karol Vojtla, İkinci Jean Paul olaraq Papa seçilib. O tarixdə Polşa əsilli ilk Papa olub.
 
 
5. 1990-cı ilin bu günü SSRİ Prezidenti Mixail Qorbaçov bazar iqtisadiyyatına keçildiyini açıqladı. Bununla da SSRİ-də illərdir davam edən kommunist-sosialist rejimi kapitalist rejimə keçidə bir addım da yaxınlaşdı.
 
 
6. 1951-ci ilin bu günü Azərbaycanın dünya şöhrətli futbol hakimi olan Tofiq Bəhramovun adını daşıdığı Respublika Stadionu istifadəyə verilib.
 
 
7. Bu il həm də "Bakı Metropoliteni"nin 50 illik yubileyidir. 1967-ci ilin 16 oktyabrında Bakı metrosunda ilk qatar xəttə çıxıb. 3529-3530-3538 nömrəli 3 vaqondan ibarət olan qatar sınaq məqsədi daşıyırdı. İlk maşinistlər isə Nağı Nağıyev və köməkçisi Genadi Semyonov olub.
 
 
8. 1857-ci ilin bu günü, Şərqdə İlk Demokratik Respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin hərb naziri, artilleriya generalı, görkəmli hərbi xadim Səməd bəy Mehmandarov anadan olub.
 
 
9. 1886-cı il 16 oktyabr tarixində Polşada İsrail dövlətinin qurucusu və ilk baş naziri David Ben Gurion anadan olub.
 
 
10. 2002-ci ilin bu günü İraq Prezidenti Səddam Hüseyn 7 illik yeni prezidentlik müddəti üçün təşkil edilən ümumxalq səsverməsində 100%-lik nəticə göstərib.
 
 
11. 2002-ci il 16 oktyabr tarixində ABŞ-İraq müharibəsinin başlanmasına səbəb olan qərar imzalanıb. ABŞ konqresinin təsdiqlədiyi İraqa müharibə elan etmə qərarını Corc Buş imzalamışdı.
 
 
Könül Cəfərli

Загрузка...
Загрузка...