​15 il komada qalmışdı... - TİBDƏ İNANILMAZ UĞUR

Fransada 15 ildən artıq koma vəziyyətində yatan adam yenidən həyata dönüb.
Publika.az xəbər verir ki, "Current Biology" jurnalında dərc edilən məqalə dünya mediasını, eləcə də Dünya Səhiyyə Təşkilatını şoka salıb. Fransalı alimlər sübut edib ki, sinir siteminin stimulyasiyası nəticəsində beyin ölümü gerçəkləşmiş və faktiki ölü hesab olunan insanı yenidən həyata qaytarmaq olar. Hətta bu proses ən mümkünsüz hesab olunan vəziyyətdə belə özünü doğruldub.
Belə ki, mütəxəssis Angel Seriqunun sözlərinə görə, koma vəziyyətində beyin öz-özünü yenidən bərpa edə biləcək əlaqələr qura bilir:
"Beyin ölümü - bu vəziyyət müxtəlif dərəcəli kəllə beyin travmaları, insult zamanı yaşana bilər. Bu halda xəstənin bədəni süni həyat aparatların köməyi ilə yaşasa da, beyin öz fəaliyyətini itirir. Çoxsaylı tədqiqatlar isə sübut edir ki, bir aydan çox komada yatan insan yenidən həyata qayıtma şansını tamamilə itirir. Amma hər zaman istisnalar var".
A.Seriqu deyib ki, Fransada 20 yaşında ağır avtomobil qəzası keçirən gənc beyinin sağ yarımkürəsinin ciddi zədələnməsi səbəbilə əməliyyat zamanı komaya düşüb. O, düz 15 il komada qalıb. Kolleqalarımla vəziyyətin nə dərəcədə ciddi olduğunu başa düşsək də, az da olsa ümid var idi:
"Biz insan beynindən bütün bədəni dolaşan ən incə və uzun sinir sistemini bərpa etməyə çalışdıq. Sinir bağlarının bərpası üçün "ağıllı elektrostimulyator"dan istifadə etmişik. Bununla "təcrid edilmiş" hissələr yenidən siqnal qəbul etməyə meyilli olub. Xəstənin qarın boşluğuna da elektrostimulyator yerləşdirilib. Bütün manipulyasiyalardan sonra alimlər artan ardıcıllıq və tezliklə beyinə xüsusi impulslar yollamağa müvəffəq olublar. Sınağın nəticəsi gözlənilməz oldu: xəstə komadan oyanmaqla yanaşı, ətrafdakı insanlara normal, fəal reaksiya verib. Ailə yaxınlarını tanıyıb və onların suallarına fiziki hərəkətlərlə (başını yelləməklə, əl-qolunu tərpətməklə) cavab verib. Biz dərhal onun görmə itiliyini yoxladıq və bu inanılmaz idi. Komadan ayılan insan üçün bu göstəricilər ümumiyyətlə tipik hesab olunmur".
Bu səhiyyə sahəsində bir ilkdir. Bu sınaqların sayını artırmaqla komaya düşərək ölü kimi qeydə alınan pasiyentlərin sayını azalda bilərik. Bu üsulu təkminləşdirərək beyinin müxtəlif bölmələri arasında aktiv əlaqələrin sayıni artırmaqla insanı yenidən fəal həyata qaytarmaq mümkündür.
Alimlər bu barədə Dünya Səhiyyə Təşkilatına müraciət edərək, onlar üçün sınaq şəraiti yaratmalarını rica ediblər.
Könül Cəfərli

Загрузка...
Загрузка...