14 yaşlı qız özünü 33-cü mərtəbədən atdı: Sevgilisinə görə - VİDEO

Baxış sayı: 
201
0  
0  

 
 
Çinin cənubunda yerləşən Quançjou vilayətində 14 yaşlı qız özünü 33-cü mərtəbədən atıb.
 
Virtualaz.org “The Daily Mail” nəşrinə istinadən xəbər verir ki, sevgilisindən ayrılandan sonra depressiyaya düşmüş qız özünü atmaq üçün göydələnin 33-cü mərtəbəsindəki açıq əraziyə çıxıb. Rəfiqəsinin və təhlükəsizlik xidmətinin əməkdaşlarının dilə tutaraq bu fikirdən yayındırmağa çalışmasına baxmayaraq, təxminən 1 saatdan sonra yeniyetmə qız özünü aşağı atıb.
 
Xoşbəxtlikdən o, həmin vaxta qədər xilasedicilərin açmağa imkan tapdığı hava yastığının üstünə düşüb. Çanaq sümüyünün sınığı ilə intihar etmək istəyən qız xəstəxanaya çatdırılıb.

Загрузка...
Загрузка...