​14 saylı marşrut qəzadan son anda xilas oldu - Video

Baxış sayı: 
180
0  
0  

 
Sərnişinlərin, fərdi avtomobil sahiblərinin ictimai nəqliyyata, avtobus sürücülərinə münasibətini dəyişməyin vaxtı çoxdan çatıb.
 
Teleqraf.com xəbər verir ki, bu sözləri Bakubus MMC-nin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mənsur Piriyev deyib.
 
Onun sözlərinə görə, xüsusilə fərdi avtomobil və taksi sürücüləri ictimai nəqliyyat vasitələrinin hərəkətinə mane olmamalı, hətta onun normal hərəkəti üçün şərait yaratmalıdır: “Bütün rəsmi qaydalardan əlavə, ən azı içərisində daha çox insanın olduğunu nəzərə alaraq, avtobusun hərəkətinə öncəlik verməlidir. Ancaq təəssüf ki, bəzən avtomobil sürücüləri, xüsusilə taksilər avtobusa yol vermir, onun önünə keçir və ya dayanacağını zəbt edirlər”.
 
Mənsur Piriyev deyib ki, sürücü və sərnişinlər arasında baş verən insidentlərin səbəblərindən biri də budur: “Əksər sərnişinlər isə bu cür hadisələr zamanı yaranmış vəziyyətdə bütün günahı avtobus sürücüsündə görür. Məsələn, təqdim etdiyimiz bu videoya baxdıqda aydın olur ki, avtobus sürücüsü ani olaraq əyləci basmasaydı, qəz baş verəcək və xeyli sərnişin yaralanacaqdı. Ancaq sürücünün peşəkarlığı nəticəsində bunun qarşısı alınır. Həmin sürücü ilə bağlı isə bizə onlarla şikayəti daxil olur və sürücünün cəzalandırılması tələb olunur. Real vəziyyət, hadisənin nə səbəbdən baş verməsi isə sanki həmin sərnişinlərə maraqlı deyil”.
 
Mənsur Piriyev əlavə edib ki, videogörüntüyə baxıb araşdırma apardıqdan sonra sürücünün günahsız olduğunu görürsələr də, bəzi sərnişinlərə bunu izah etmək mümkün olmur: “Hətta dəvət edib videogörüntüləri əyani şəkildə nümayiş etdisək də, yendə də sürücünü günahlandırırlar”.
 
Qeyd edək ki, aşağıda təqdim edəcəyimiz görüntülərdəki hadisə Füzuli küçəsində (Heydər Əliyev Sarayının yaxınlığında) 14 saylı marşrut xəttində baş verib.

Загрузка...
Загрузка...