​14 noyabrda əsrin astronomik hadisəsi yaşanacaq- MARAQLI

 
 
 
NASA 14 noyabr tarixində baş verəcək “Super Ay yaxınlaşması"nı XXI əsrin astronomik hadisəsi adlandırıb. Moderator.az xəbər verir ki, həmin gecə XXI əsr ərzində Ayın Yer kürəsinə  ən  yaxın olduğu tarix olacaq.
 
Mütəxəssislərin sözlərinə görə, Ay ağacların arasında, sıx meşəliklərdə, hündür binaların həyətlərində, bitişik evlərin arakəsmələrində çox böyük və qəribə görünəcək.
 
Ay növbəti dəfə 25 noyabr 2034 tarixində Yerə çox yaxınlaşacaq. Lakin bu da  2016-cı il 14 noyabr tarixindəki rekord yaxınlaşmanı ötə bilməyəcək.