13 yaşlı qızlara qanunla cinsi əlaqəyə icazə veriləcək

Fransada seksual münasibətlərdə yaş həddini təyin edən qanun layihəsi etirazlara səbəb olub.
Publika.az xəbər verir ki, ölkədə hazırki qanun layihəsinə əsasən 15 yaşlı qızların zorlanması cinayət hesab edilmir. Bu yaş həddində təcavüzə məruz qalan qızların könüllü şəkildə münasibətdə olmadıqları sübut olunmayanadək, şübhəli şəxs təcavüzdən mühakimə edilmir.
Yeni hazırlanan qanun layihəsində isə 13 yaşını tamamlamış fransız vətəndaşlarının cinsi əlaqəyə girməsi qanunla qəbul edilən hal olaraq dəyərləndiriləcək.
"Daily Mail" nəşrinin dərc etdiyi məlumata görə, qanun layihəsinin yenilənməsinə səbəb ötən gün Fransada 28 yaşlı iki nəfərin 11 yaşlı qıza təcavüz etməsi səbəb olub. Belə ki, iki nəfər azyaşlını yaşadıqları evə apararaq orada cinsi əlaqədə olublar.
Qızın valideynləri həmin şəxslərin təcavüz səbəbindən mühakimə olunmasını tələb etsə də, prokuror hadisədə şübhəli bilinən şəxsləri təcavüzdən deyil, yetkinlik yaşına çatmamış uşağı qaçırtmaqda mühakimə edib.
Yeni qanun layihəsində yaş həddinin dəyişdirilməsi mövzusuna Fransanın qadın və kişi arasında gender bərabərliyi məsələləri üzrə dövlət katibi Marlen Şyappa da münasibət bildirirb. O, qanuni olaraq 13-15 yaş arası yeniyetmələrin cinsi əlaqəyə girməsinə icazə verilməsinin lehinə səs verib.
Könül Cəfərli

Загрузка...
Загрузка...