13 il əvvəl itən üzük tapıldı: Qaynanasının 13 illik sirrini ortaya çıxardı … - VİDEO

 
 
Kanadalı bir qadının, 13 il əvvəl itirdiyi evlilik üzüyü ilə qarşılaşması, dünya miqyasında maraqlı bir xəbər mövzusu oldu. Üzük, tarladan yenicə qoparılan bir kökə keçmiş halda tapıldı.
 
Moderator.az  xarici mediaya istinadən xəbər verir ki, Kanadalı Mari Grams, illər öncə tarlada itirdiyi almaz qaşlı nişan üzüyünü maraqlı bir şəkildə tapıb.
 
Keçən illər ərzində torpaq altında qalan üzük, içində cücərən bir yerkökü sayəsində sahibinə qovuşub. Bütün bu müddət ərzində üzüyü itirdiyini oğlundan başqa heç kimə bildirməyən 84 yaşlı qadın, özünə daha ucuz bir üzük alıb və heç bir şey olmamış kimi həyatına davamn edib.
 
Aradan 13 il keçəndən sonra, bir gün tarlada kökləri toplamağa çıxan oğlunun həyat yoldaşı, üzüyü tapmaqla yanaşı, qaynanasının da 13 illik sirrini ortaya çıxarıb.Üzüyü tapan gəlin, qəribə şəkilli kökü bir ara itinə verməyi düşündüyünü də söyləyib.Ancaq sonra fikrindən dönərək, yerkökünü yuyanda üzük olduğunu görüb.
 
Üzüyü barmağına hələ də əvvəlki kimi olan Grams, ailə mirası olan üzüyü artıq taxmağı düşünmədiyini və  bir kassada saxlayacağını açıqlayıb.
 
 
Kamran

Загрузка...
Загрузка...