12 yaşlı qız yatmış rəfiqəsinin üzərinə qaynar su tökdü - Qəddarlıq

 
 
Qəddar yeniyetmə You Tube-də gördüyü təcrübəni təkrar etməyə çalışıb...
 
12 yaşlı  qız  yatmış rəfiqəsinin  üzərinə qaynar su töküb.
 
Moderator.az  yazır ki, bu haqda  Amerikanın “The New York News” nəşri xəbər yayıb. 11 yaşlı  Nyu-York sakini  Camoneişa Merrit  bu gün ciddi yanıq xəsarətləriylə təcili şəkildə xəstəxanaya çatdırılıb. 
 
Məlum olub ki, rəfiqəsi yatdığı yerdə onun üzərinə qaynar su töküb. Hazırda intensiv terapiya şöbəsinin həkimləri yeniyetmənin həyatının xilas olunması üçün mübarizə aparır.  Zərərçəkmişin adı çəkilməyən 12 yaşlı rəfiqəsi isə həbs edilib. Camoneişanın əmisi oğlunun nəql etdiyinə görə, hadisədən öncə rəfiqələr arasında mübahisə olub. Qəddar qız rəfiqəsinin yatmasını gözləyib və o, yuxuya keçdikdən sonra üzərinə qaynar su töküb. Belə bir amansız davranışa qızı YouTube-də  baxdığı qaynar su ilə aparılan təcrübələrə aid video-çarx ruhlandırıb. Zərərçəkmiş qızın anası dəhşətli olay haqda  “Facebook”da danışıb. O, istifadəçilərdən Camoneişa üçün dua etməyi xahiş edib. Valideynləri isə öz övladlarına ciddi nəzarət etməyə çağırıb.

Загрузка...
Загрузка...