​12 yaşlı oğlandan ŞOK HƏRƏKƏT - Ailəsini 8 min dollar ziyana saldı

Baxış sayı: 
163
0  
0  

Avstraliyanın Sidney şəhərində yaşayan 12 yaşlı uşaq anasının kredit kartını oğurlayaraq tək başına İndoneziyanın Bali adasına qaçıb.
Publika.az xəbər verir ki, 12 yaşlı uşaq anasından onu Bali adasına istirahətə aparmasını xahiş edib. Ancaq anası oğlunun istəyini rədd edib. Bunun üzərinə uşaq əvvəl ailəsinin kredit kartını oğurlayıb, daha sonra isə internet üzərindən azyaşlıların valideynlər olmadan uçuşuna icazə verən bir hava yolları şirkətindən bilet alıb. Pasportunu, kredit kartını götürüb evdən çıxan 12 yaşı oğlan təyyarə ilə Baliyə uçub. Hətta bir otelə yerləşib.
Adı şərti olaraq Drey adlandırılan bu uşaq evdən çıxarkən anasına məktəbə getdiyini və sinif yoldaşıgildə qalacağını deyib. Maraqlısı budur ki, uşaq yalnız Pertzdəki hava limanında polislər tərəfindən sorğu-sual olunarkən saxlanılıb. Vəziyyətdən şübhələnən polislər uşağı saxlayıb və ailəsinə xəbər verib.
12 yaşlı Drey qaydaları pozmadan sadəcə səyahət etmək istədiyini deyib. Drey yerləşdiyi mehmanxanada bacısının çöldə olduğunu deyərək nömrə götürüb. Nə az, nə çox, 9 gün ailəsindən uzaqda kef çəkən balaca turist nəhayət tapılıb. Anası oğlunu götürmək üçün Baliyə gəlməli olub.
Məsələ ilə bağlı İndoneziyada azyaşlı uşaqların tək uçuşuna icazə verən hava yolları haqqında tədbirlərin görüləcəyi bildirilib. Kiçik avantüristin 9 gün sonra saxlanılması ailəsinə 8 min Avstraliya dollarına başa gəlib.
Könül Cəfərli

Загрузка...
Загрузка...