​12 yaşlı oğlan 11 yaşlı qızla nişanlandı - FOTO/VİDEO

 
 
 
12 yaşlı oğlanı 11 yaşlı qızla nişanladılar. Hadisə Misirdə baş verib.
 
Misirin Vətən qəzetinin yazdığına görə, Nasser Hassan adlı bir kişi böyük oğlunun toyuna gələn qonaqlara 12 yaşlı oğlu Öməri öz qohumu 11 yaşlı Qaram adlı qıza nişanladığını elan edib və uşaqların nişan mərasimini keçirib.
 
Misir qanunlarına görə 18 yaşı tamam olmayan şəxslərin evllənməsi qadağanolduğundan Ömər və Qaramın nişan mərasimi ciddi tənqid olunub.
 
Nasser Hassan isə mətbuata verdiyi açıqlamsında uşaqların nişanlanmasında bir problem olmadığını bildirib. O deyib ki, bu sadəcə nişandır, toy mərasimi isə bir neçə ildən sonra olacaq.