110 kV, 220 kV - Hansı daha sərfəlidi?

Baxış sayı: 
127

Dünyanın bir çox ölkəsi enerji təchizatında 110 kV-luq elektrikötürücü xətlərə üstünlük verməyə başlayıb. Xüsusilə qlobal iqtisadiyyatın super gücləri hesab edilən Amerika, Kanada və Yaponiyada fərdi evlərdən başqa, bütün yaşayış binalarının enerji təchizatının 110 kV-luq elektrikötürücü xətlərlə həyata keçirilməsi bu prosesə stimul verir. Qeyd edək ki, hazırda Azərbaycanda enerji təchizatı 110-220 kV-luq elektrikötürücü xətlərlə həyata keçirilir. Sual doğuran 110 kV-luq elektrikötürücü xətlərin üstünlüyünün nədən ibarət olmasıdır.
Niyə 110 kilovatt?
Əslində 110 kV-luq elektrikötürücü xətlərdən istifadə edən ölkələrin texnologiyalarının köhnə olduğu irəli sürülür. Bildirilir ki, sistemin dəyişdirilməsi çətin və yüksək maliyyə tələb edən prosesdir. Lakin söhbət Amerika və Yaponiya kimi iqtisadiyyatları güclü dövlətlərdən getdiyindən bu əsaslandırma elə də inandırıcı görünmür. Xüsusilə nəzərə alsaq ki, təhlükəsizlik baxımdan 110 kV-luq elektrikötürücü xətlərin üstünlüyü daha çoxdur, sözügedən dövlətlər məhz bunu nəzərə alaraq, bu sistemdə qalıb. Əbəs deyil ki, 220 kV-luq elektrik ötürücüsünün istifadə edildiyi Avropada da tikinti sahələrində təhlükəsizlik tədbirləri kimi müvəqqəti olaraq, 110 kV-luq xətlərdən istifadə edilir. Bir statistikanı da qeyd edək ki, bu gün dünya üzrə tikinti sektorunda tok vurmasından ölüm halları yıxılaraq həlak olanların sayından sonra ikinci sıradadır. Təkcə 2005-2009-cu illərdə aparılan araşdırmalara görə, tikinti sektorunda ölümlə nəticələnən qəzaların 12, 2 faizi tok vurmasında baş verib.
Bəs necə oldu ki, Amerika 110 kV-luq elektrikötürücü xətlərdən istifadə etdi. Sualın gözlənilməyən cavabı var. Birincisi, bu iki alim arasında savaşın nəticəsi kimi göstərilir. Belə ki, elektrik enerjisindən istifadə edilməyə başlandığı 19-cü əsrin əvvəllərində Nikola Tesla (müasir dəyişən cərəyan elektrik enerji şəbəkəsinin layihələndirilməsi üçün öz töhfələri ilə daha çox məşhurlaşan serb əsilli Amerika futuroloqu) və Henrix Hers (alman fiziki) arasında anlaşılmazlıq yaranır. Tesla 110 kV/60 Hz-lıq paylayıcının, Hers isə 220 kV/50 Hz-n daha sərfəli olduğunu irəli sürür. Birinin təklifini Amerika, digərininkinisə Avropa qəbul edir.
Daha bir versiya Tomas Alva Edison (dünya şöhrətli amerikalı ixtiraçı və sahibkar) ilə Corc Vestinqauz (dəmir yolu hava tormozunu ixtira edən amerikalı sahibkar) arasında “enerji müharibələri” kimi məlum olan dünya tarixinin ən məşhur biznes mübarizəsidir. 19-cu əsrin sonlarında Edisonun Nyu-York şəhərini elektrik enerjisi ilə təmin etmək üçün qurduğu sistem doğru axınla və 110 voltla işləyirdi. Ancaq doğru axın xətlərini uzaqlara aparmaq mümkün deyildi, qısa məsafələrdə isə böyük güc itkisinə uğrayırdı.
Yenə eyni tarixlərdə çox zəngin və nüfuzlu iş adamı olan Vestinqauz alternativ axın texnologiyasının inkişafına sərmayə qoymağa başlayır. Alternativ axında itkilər çox az olduğundan elektrik stansiyaları axar su, kömür mədəni kimi qaynaqların yaxınında qurulurdular. Elektriki çox uzaqlara ötürmək olurdu. Vestinqauz Niaqara şəlaləsindən elektrik əldə edib çox ucuz qiymətə Nyu-Yorka satmağa başlayır. Edison buna cavabsız qalmır. Alternativ axının insan həyatı üçün təhlükəli olduğunu göstərməyə çalışır. Amma səyləri boşa çıxır. Elektrik enerjisi istehsalı tamamilə alternativ axın və 110 voltla ötürülür. Sonrada Vestinqauza 220 kV-lıq 50 Hz-n sərfəli olduğu bildirilsə də, biznesmen buna imkan vermir. Çünki o həm də mis kabel istehsalçısı idi. Aşağı voltlu xətlər isə mis kabellərlə çəkilirdi.
Göründüyü kimi, kənardan böyük seçim kimi görünən bu vəziyyətin kökündə sadəcə, kimlərinsə biznes maraqları dayanır. Son illərin araşdırmalarına görə, 110 kV /60 Hz nə qədər təhlükəsiz olsa da, ən uyğun paylaşdırıcı 220 Kv/ 50 Hz hesab edilir.
Amerika istehsallı elektrik əşyaları Avropada işləmir
Problemin başqa tərəfi bu gün Amerikada istehsal edilən cihazların Avropa və digər ölkələrdə istifadəsinin qeyri-mümkünlüyüdür. Yəni Amerikada yaşayıb Avropaya gedən vətəndaşlar özləri ilə apardıqları elektrik cihazlarını burada istifadə edə bilmirlər. 110 kV-luq xətlərə hesablanan elektrik əşyaları 220 kV-lıq elektrik naqillərinə qoşulduqda qəza baş verə və ya əşyaya ziyan dəyə bilər.
Maraqlıdır ki, Avropada istehsal olunan elektrik əşyaları Amerikada işləyə bilirlər. Çünki istehsal prosesində onların aşağı vatta da dayanıqlığı təmin edilir.
Azərbaycanda 110 kV-luq xəttlərin inşası
Azərbaycanın elektrik enerjisi sistemində son 12 il ərzində ümumi gücü 2300 MVt-dan artıq olan iyirmiyə yaxın yeni elektrik stansiyası istismara verilib. Eyni zamanda, 10 min kilometrdən artıq elektrik verilişi xətti, 1500-dən çox yarımstansiya inşa edilib və yenidən qurulub. 110 kV-luq ötürücü xətlərin inşasına isə ölkədə 1938-ci ildən başlanılıb. Həmin ildə 110 kV-luq yüksəkgərginlikli "Qırmızı Ulduz" - Ramana xətti istismara verilib. Sonrakı illərdə 110 kV-luq "Suraxanı" yarımstansiyası inşa edilib və 110 kV-luq Ramana-Suraxanı yüksək gərginlikli elektrik verilişi xətti çəkilib. 1938-ci ildə 110 kV-luq 2-ci "Qala" yarımstansiyası və 110 kV-luq Suraxanı - Qala yüksəkgərginlikli elektrik verilişi xətti istismara hazır olub.
İkinci Dünya Müharibəsindən sonra elektrik yarımstansiyalarının və EVX-lərin inşası davam etdirilib. 81 km uzunluğunda 110 kV-luq Ələt - Neftçala, 17,7 km uzunluğunda 110 kV-luq Qala - Damba xətti bu qəbildəndir. Həmin EVX-lərin köməyilə neft quyuları elektrik enerjisi ilə təchiz edilirdi. Bu xətlərlə yanaşı, 110 kV-luq " Neftçala" və "Damba" (Pirallahı adası) yarımstansiyaları da tikilib istismara verilib.
50-ci illərin sonlarından 220 kV-lıq xətlərin inşası başlayıb. "Ağstafa" qovşaq yarımstansiyası və 220 kV-lıq Mingəçevir - Ağstafa -Navtluq və Ağstafa - Atarbekyan yüksəkgərginlikli xətləri inşa edilib. Bu xətlər Gürcüstana və Ermənistana elektrik enerjisi verilişini artırmağa imkan yaradıb. Cənubi Qafqazın enerji sistemlərinin paralel işləməsini təmin edib. 1964-cü ildə bu EVX-lər 330 kV gərginliyə keçirilib.
Mütəxəssislər bildirir ki, 110 kV-luq elektrikötürücü xətlərdən istifadə təhlükəsizlik baxımdan sərfəlidir. Lakin Avropa standartları nəzərə alınaraq, Azərbaycanda 220 kV-lıq elektrikötürücü xətləri daha dominantdır.
İqtisadiyyat şöbəsi

Загрузка...
Загрузка...