“11 şəhid var” deyib yayımı dayandırdı – VİDEO

Beyaz TV-də yayımlanan “Derin futbol” proqramında Beşiktaş-Bursaspor oyununun şərh edildiyi sırada aparıcı Ertem Şener yayımı kəsib.
Turaninfo.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, PKK terror təşkilatının Diyarbəkirdəki polis idarəsinə hücumu nəticəsində 11 şəhidin olduğunu öyrənən aparıcı “Fənərbaxça-Qalatasaray oyunu da, Beşiktaş stadionu da, hamısı artıq hekayədir” deyərək yayımı dayandırıb.
Sosial mediada geniş müzakirə olunan xəbər Tvitterdə ən çox danışılan mövzulardan olub. Sonradan açıqlanan dəqiq məlumata görə isə, 11 deyil, 2 şəhid olub.