​11 sentyabr hadisələrinin açıqlanmayan sirri- Binalar necə dağıdıldı?

 
 
2600 insanın həyatına son qoyan 11 sentyabr hadisələrinin ardınca, verilən rəsmi informasiyalarda bir çox uyğunsuzluqlar müşahidə edildi. Bu uyğunsuzluqlar özünü bir neçə versiyada göstərdi. Avropa, Rusiya və Türkiyənin “11 sentyabr” faciəsini araşdıran elmi-kütləvi jurnal və TV proqramları həmin partlayışın təfərrüatları barədə maraqlı bilgilər irəli sürüblər:
 
Moderator.az həmin bilgiləri bir araya gətirərək, aralarından ən maraqlı olan iki detalı dəqqətə çatdıracaq:
 
Öncə, binalara çarpan təyyarənin “sirli qanadları “ haqqında...  Dəfələrlə baxdığımız görüntülərdə 2001-ci ildə baş verən hadisə zamanı təyyarələrin qanadının binanın içərisinə daxil olmasını, bir təyyarənin isə hətta yanan binadan salamat çıxdığını görmüşük. Təyyarənin aliminium konstruksiyalı qanadlarının yüksək keyfiyyətli materialdan inşa edilən binaya kəsici alət kimi girməsi qeyri-mümkündür. Çünki dəfələrlə aparılan sınaqlarda təyyarə qanadlarının hətta meşədəki hündür ağaclara dəydiyi zaman alışdığı məlum olub. 1945-ci ildə yapon “Kamikadze”ləri ABŞ gəmilərinə hücum edən zaman heç vaxt gəmiyə daxil ola bilməyiblər. Gəminin üst hissəsinə dəyərək zərərsizləşiblər.
 
İkinci sirr isə, təyyarələrin toqquşduğu zaman binanın yanması və aşağıya doğru bir neçə saniyə ərzində çökməsidir. 11 sentyabrda kül olan Ümumdünya Ticarət Mərkəzinin binaları ilə bərabər, dünyada daha 2 yüksək statustu binaya təyyarə çarpıb. 1945-ci ildə “İmpere building”in 79-cu mərtəbəsinə çarpan təyyarə ancaq həmin mərtəbə və onun ətrafını zədələmişdi. Özü isə təbii ki, məhv olmuşdu. Qeyd üçün deyək ki, həmin bina indi də fəaliyyət göstərir. Bundan əlavə, dünyanın ən nüfuzlu binalarından olan Ümumdünya Ticarət Mərkəzinin tikintisində istifadə edilən polad qurğuların alışması üçün 1648 dərəcə temperatur lazımdır. Lakin təyyarənin binaya çarpdığı an yarada biləcəyi maksimal temperatur 1200 dərəcədir.
 
 
Binanın bir neçə saniyə ərzində aşağıdan yuxarıda toz şəklində düşməsi isə əsl müəmmadır. Əgər təyyarə çarpması nəticəsində bina aşırsa, o zaman təyyarənin toqquşduğu müəyyən mərtəbədən qırılaraq, başqa tikintilərin üzərində düşməli idi. Təyyarənin toqquşduğu mərtəbədən aşağıda qalan qatlar isə salamat qalmalı idilər. Amma görüntülərdən  gördüyümüz kimi, bina toz dumanı şəklində yalnız öz dibinə doğru çökür. Sanki böyük tikililərin məqsədli şəkildə çökdürülməsi üçün nəzərdə tutulan xüsusi texnologiya bura da tətbiq edilib. Lakin bu da inandırıcı deyil. Çünki dünyanın iri şəhərlərdə köhnə və yararsız binaları ətrafdakı tikililərə zərər verməməkdən ötrü dibinə doğru çökdürmək üçün hər mərətəbəyə eyni miqdarda, eyni qüvvədə olan partlayıcı maddələr qoyulur. Eyni vaxtda işə düşən maddələr aid olduğu mərtəbəni aşağıya doğru çökdürür. Nyu-Yorkdakı nəhəng binada bu texnologiyanın istifadəsindən söhbət belə gedə bilməz.
 
Bəs əsas sirr nədir? Binalar nə üçün başqa tikililərin üzərinə aşmadan öz dibinə doğru bir neçə saniyə ərzində külə dönərək çökdü?
 
Deməli, 1977-ci ildə SSRİ ilə ABŞ  arasında imzalanan nüvə razılaşmasına əsasən, bir neçə əhəmiyyətli tikilinin inşaat strukturuna “təcili çökdürmə planı” da əlavə edildi. Bunun səbəbi fövqəladə hallarda-yanğın, partlama, uçma- xəsarətin miqyasını azaltmaq  idi. Bu planın sayəsində belə hallar baş verərsə,  binanı öz alt qatından bir neçə saniyə ərzində aşağıya doğru çökdürmək mümkün olacaqdı. “Təcili çökdürmə planı”nın əsasını isə nüvə razılaşmasının əsas elementi-nuklear maddə təşkil edirdi. 11 sentyabr hadisələri zamanı məhv olan Ümumdünya Ticarət Mərkəzinin binalarının yer altından 77 metr dərinliyində nuklear qurğu yerləşdirilmişdi. Həmin qurğu fövqəlhadisə baş verən zaman binanı mikrohissələrə parçalayaraq, toz halında aşağı çökdürmək üçün nəzərdə tutulmuşdu. Qeyd edək ki, nüvə partlayışı iki cür olur – atmosfer nüvə partlayışı və yeraltı nüvə partlayışı. Birinci açıq məkanda baş verən partlayışdır. Bu zaman nuklear maddələr hava ilə birləşərək enində doğru hərəkər edir və qarşısına çıxan hər şeyi bir anda külə döndərir. Fantastik filmlərdə bu cür səhnələri görmüşük.
Yeraltı nüvə partlaması isə yalnız qapalı məkanlarda, hər hansı qurğunun daxilində baş verə bilər. Bu  zaman  güclü nuklear maddə aşağıdan yuxarıya doğru hərəkət edərək, 300 metrə qədər  qalxa və  yüksəldiyi yerləri külə döndərə bilir.
 
Ümumdünya Ticarət Mərkəzində də məhz bu cür partlayışın həyata keçirilməsi ehtimal olunur