​109 saylı orta məktəbdə dövlət əmlakı talanır - ÖZƏL

 
Bakı şəhəri Nizami rayonu 109 saylı orta məktəbdə dövlət əmlakının məhv olmasına göz yumulur
 
Bu barədə Politika.Az-a həmin məktəbdə təhsil alan şagirdlərin valideynləri məlumat verib. Bildirilir ki, aylardır ki, məktəbin həyətində yüzlərlə məktəbli partası, stullar yığılıb qalıb: “Hamısı yağışın-suyun altında məhv olub gedir. Nə bir bağlı yerə yığmırlar, nə də ehtiyac olan məktəblərin birinə aparmırlar. Bölgələrdə yüzlərlə məktəb stol-stulsuzdu, heç olmasa ora göndərsinlər. Bunlar dövlət əmlakıdır, ölkənin bu ağır günündə elə talançılıq, israfçılıq yolverilməzdir”.
 
Qeyd edək ki, 109 nömrəli tam orta məktəbin binası bu ilin sentyabrında əsaslı təmirdən sonra istifadəyə verilib. Prezident İlham Əliyev sentyabrın 6-da məktəbin binasında yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.
 
109 nömrəli tam orta məktəbin binası 1966-cı ildə tikilib. Ötən dövrdə burada müəyyən cari təmir işləri görülsə də, binada əsaslı yenidənqurma işləri aparılmayıb. 760 şagird yerlik məktəbdə 42 sinif otağı və 5 fənn kabinəsi var.
 
Məlumatlardan da aydın olduğu kimi, adıçəkilən məktəbdə cari təmir-bərpa işləri aparılıb və demək məktəbin həyətində atılıb qalan avadanlırlar da istifadəyə yararlıdır.

Загрузка...
Загрузка...