10 min illik mamont skeleti yarım milyona satıldı

 
 
10 min il öncə yaşamış mamontun skeleti Fransanın Lyon şəhərində keçirilən hərracda satılıb.
 
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, skeletə adı açıqlanmayan bir şəxs 548 min avro ödəyib.
 
Skeletin hündürlüyü 3,4 metr, tüklərinin uzunluğu isə 3 metrdir. Sümüklərin 80 faizi isə orjinaldır.
 
Qeyd edək ki, mamontların çoxu 10 min il öncə ölüblər. Həyatda qalan son mamont qrupu Arktik okeanda yaşayıb.

Загрузка...
Загрузка...