10 karatlıq brilyant 32 milyona satıldı - VİDEO

Honkonq auksionunda dünyanın ən böyük, nadir mavi brilyantı satılıb.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, 10 karatlıq ölçüsü olan dəyərli daş 32 milyon dollara satılıb.
Daş başlanğıc qiymətindən 1.5 dəfə baha satılıb. Mavi brilyant ağ qızıldan hazırlanan üzüyün üzərinə yerləşdirilib.
Məlumata görə, bu brilyantın nümayişi ilk dəfə 2000-ci ildə Londonda keçirilib. Həmin vaxt qiymətli daşın oğurlanmasına cəhd edilsə də, bu, uğurlu nəticələnməyib.