10 dollara almırlar, ancaq 50 dollara satırlar - Gömrük şefi

Baxış sayı: 
141
0  
0  

İşlənmiş şinlərin ölkəyə idxalına tətbiq edilən gömrük rüsumlarının qaldırılması heç bir problem yaratmayacaq.
 
Axar.az xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Səfər Mehdiyev deyib.
 
Onun sözlərinə görə, ötən il 36-37 faiz rüsumlar dəyişdirilib, dəyişdirilən rüsümların yalnız 7 faizində qiymət qaldırılıb.
 
“İşlənmiş şinlərlə bağlı qiymət isə 3 dollardan 10 dollara yüksəlib. Nazirlər Kabineti tərəfindən hər birimizin və uşaqlarımızın gələcəyi üçün işlənmiş şinlərin təhlükəsini nəzərə alınaraq bu qərar qəbul edilib. Bu qərar noyabr ayında verilsə də, bu günə qədər rəsmi şikayət olmayıb. Bu müddət ərzində cəmi 3 nəqliyyat vasitəsi gətirilib, ancaq 150-200 nəfər Dövlət Gömrük Komitəsi önünə toplanıb, qərara etiraz edir. Hesab edirik ki, bu artım bazar iqtisadiyyatı şəraitində heç bir məhdudiyyət yaratmır. Dövlət Gömrük Komitəsi tərəfindən işlənmiş təkərlərin idxalına heç bir məhdudiyyət yoxdur. Hökumət tərəfindən verilən qərar icra edilməlidir”.
 
A.Əliyev isə bildirib ki, komitə hökumətə tabe qurum olduğundan, qəbul edilmiş qərara əməl etməliyik:
 
“Qərar qəbul ediləndən 1 ay sonra qüvvəyə minir. Lakin qərar qəbul ediləndən 37 gün sonra bu cür etirazlar başladı. Müraciət edənlər 3 dollara aldıqları malı 10 dollara almaq istəmirlər. Lakin onu 50 dollara satırlar. Burada yeganə məqsəd gömrük orqanlarının fəaliyyətinə mənfi təsir göstərməkdir”.

Загрузка...
Загрузка...